"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

QHT sədri “ASAN XiDMəT” qarşısında şərt qoydu

--2016-07-08 / 00:35

“Ölkə başçısı ilham əliyevin təşəbbüsü ilə yaradılan “ASAN” xidmət tez bir zamanda öz təmiz nüfuzu, çevikliyi və yüksək keyfiyyəti ilə artıq milliyolarla Azərbaycan vətəndaşının rəğbətini qazanıb”-bu firkiləri Belediyye.infoya Mülk Assosiasiyasının sədri Dilarə Vəliyeva bildirib.

QHT təmsilçisinin sözlərinə görə, həqiqətən bu xidmətin mövcudluğu bir çox neqativlərin qarşısını alıb. Onu da etiraf etmək lazımdır ki, belə neqativlər əsasən dövlət xidmət göstərən qurumlarda baş verir.

Vətəndaşlara yaşayış haqqında, aldı-satqı ilə bağlı ( Forma 2) arayışların verilməsi Mənzil Tikinti  yaşayış Kooperativ (MTK) sədrlərinə həvalə edilib.

Açığı bu səlahiyyət özünüidarə edən MTK sədrlərinə  imkan verirdi ki, kooperativ üzvlərinin MTK-ya olan hər hansı borclarının ödəməsini tələb etsin.

“ASAN” xidmətin səmərəli fəaliyyəti gətirib ona çıxarıb ki, MTK sakinləri daha da nizamsızlığa yol verir. Bəzi məsuliyyətsiz sakinlər, illərlə, aylarla borcları ödəmir. Bu qrupa aid sakinlər əmindir ki, “ASAN” xidmət borc haqqında MTK-lara sorğu etmədən istənilən arayışları yazıb verir. 

MTK-larda sakinlər tərəfindən istismar və digər borcların yığılıb qəsdən ödənilməməsi  barədə “ Mülk” ictimai assosiasiyasına çox saylı  məlumatlar daxil olmaqdadır. 

 Mənzil Tikinti Kooperativ sədrlərin təsisçiliyi ilə 1993-cü ildə yaradılan və dövlət qeydiyyatından keçmiş "Mülk" ictimai assosiasiyası kooperativ üzvlərinin hüquqlarını qoruyan və onların problemlərinin həllində yardımçı olan təşkilat son illər kooperativ yaşayış binalarında həqiqətən maddi problemlər müşahidə edir. MTK özünüidarə edən hüquqi şəxsdir və öz təsərrüfat fəaliyyətini üzvlərinin ödəmələri əsasında qurur. Monitorinq onu göstərib ki, bir çox kooperativlərdə mənzil sahibləri sirasında 25-35%  borcu olanlar var. Kooperativə borcu ola ola “ASAN” xidmətin xətti ilə mənzil sahibləri öz evlərinin alqı-satqı zamanı  Forma 2 arayışını sorğu-sualsız  alaraq,  evini satıb gözdən itir və borclarını ödəmir. Kooperativ sədrlərinin səlahiyyətinə maliyyə  və digər arayışlərin, o cümlədən alqı satqı zamanı “Forma 2” arayışının verilməsi daxildir. Bu arayışlar bütün borcların ödənilməsinin qarantıdır  və sonradan yaranan problemlərin qarşısını alan zəmanətdir. əlbəttə belə vəziyyət MTK-lar üçün ümumi ən çox yayılan problemdir.

Bu vəziyyətə aydınlıq gətirən D.Vəliyevanın sözlərinə görə, bunları nəzərə alaraq təklif edərdim ki, “ASAN XiDMəT” mərkəzləri vətəndaşdan MTK sədrlərin imzası ilə borcların olub-olmaması barədə arayış tələb etsinlər.  Bu sənədin tələb edilməsi qanunvericilk qaydasında öz həllini tapsın.

Belə olarsa vətəndaşın borcu ödənəcək, MTK- larında maliyyə vəziyyəti nizama düşmə ehtimalı artacaqdır.

Belediyye.info

ŞƏRHLƏR